"Qarabağ" ilk transferini reallaşdırıb.
Bizim.Media xəbər verir ki, "atlılar" "Zirə" ilə müqaviləsi mövsümün sonunda başa çatan Hamidu Keyta ilə razılaşıb.
28 yaşlı hücumçu yeni mövsümdən "atlılar"ın uğurları üçün çalışacaq. Tərəflər arasında müqavilə gələn ay imzalanacaq.
Qeyd edək ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov martda "Qalatasaray"a qarşı keçirilən yoldaşlıq görüşündə (1:2) Keytanı komandaya dəvət etmiş və ona şans vermişdi.
Hamidu bu mövsüm "Zirə" ilə Premyer Liqada 31 oyunda 8 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
18:00 / 26.05.2023
“Qarabağ” “Zirə”nin futbolçusunu TRANSFER ETDİ
Hazırda oxunan: “Qarabağ” “Zirə”nin futbolçusunu TRANSFER ETDİ
Hazırda oxunan: “Qarabağ” “Zirə”nin futbolçusunu TRANSFER ETDİ
138164
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.