"Neftçi" və "Sabah"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin daha ikisi bəlli olub.
Bizim.Media xəbər verir ki, Rumıniya Kubokunun qalibi olan "Sepsi" və Serbiyanın "Voyvodina" komandası səpələnmişlər səbətində yer alan "ağ-qaralar"la üz-üzə gələ bilərlər.
Kipr Kubokunu qazanan "Omoniya" və Yunanıstanın PAOK klubu səpələnmişlər səbətinə düşüb və "Sabah"ın potensial rəqibləri sırasındadır.
Qeyd edək ki, iyunun 20-də I təsnifat mərhələsinin, bir gün sonra isə II raundun püşkü atılacaq. Azərbaycan klubları ilk oyunlarını iyulun 27-də, cavab matçlarını avqustun 3-də keçirəcəklər.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:11 / 25.05.2023
Konfrans Liqası: "Neftçi" və "Sabah"ın daha iki potensial rəqibi bəlli olub
Hazırda oxunan: Konfrans Liqası: "Neftçi" və "Sabah"ın daha iki potensial rəqibi bəlli olub
Hazırda oxunan: Konfrans Liqası: "Neftçi" və "Sabah"ın daha iki potensial rəqibi bəlli olub
137849
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.