"Barselona" İspaniya kubokunun final mərhələsinə yüksəlib.
Bizim.Media xəbər verir ki, hollandiyalı mütəxəssis Ronald Kumanın yetirmələri yarımfinalın cavab oyununda "Sevilya" ilə qarşılaşıblar və 3:0 hesabı ilə qələbə qazanıblar.
Finala digər vəsiqə uğrunda "Levante" və "Atletik" qarşılaşacaqlar. Cavab oyunu martın 4-də keçiriləcək.
İspaniya Kuboku, yarımfinal, cavab oyunu:
"Barselona" - "Sevilla" - 3 :0 (əsas vaxt 2:0, əlavə vaxt-1:0, ilk matç- 0:2)
Qollar: Usman Dembele, 12, Gerard Pique, 90+4, Martin Brightvayt, 95
Qırmızı vərəqə: Fernando, 90+2 ("Sevilla"), Luke de Yong, 103 ("Sevilla»)
Bizim.Media






























































































