Məşhur rusiyalı boksçuda dopinq aşkarlandı

Hazırda oxunan: Məşhur rusiyalı boksçuda dopinq aşkarlandı

136550
Məşhur rusiyalı boksçu Aleksandr Povetkinin orqanizmində istifadəsi qadağan olunmuş meldoniy preparatı aşkar edilib

Bu barədə özünün “Tvitter”x9d səhifəsində ESPN-in əməkdaşı Den Rafael yazıb.

Bildirilir ki, A.Povetkindən götürülən dopinq-test müsbət nəticə verib. Qeyd edək ki, mayın 21-də Moskvada WBC versiyası üzrə dünya çempionluğu uğrunda A.Povetkin ilə amerikalı Deontey Uaylder arasında döyüş keçirilməlidir. Son hadisəyə əlaqədar çempionluq uğrunda döyüş baş tutmaya bilər.

Xatırladaq ki, bu ilin martında məşhur rusiyalı tennisçi Mariya Şarapova orqanizmində istifadəsi qadağan olunmuş eyni adlı preparatın aşkar edilməsini bəyan edib.(apa)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin