Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatında Azərbaycanın gənclərdən ibarət qrup komandası ikinci medalını qazanıb.
Bizim.Media xəbər verir ki, beş topla final yarışlarında komandamızın çıxışı 31,200 xalla qiymətləndirilib və gimnastlarımız bürünc medala sahib olublar.
Bolqarıstan komandası 32,100 xalla birinci, İsrail gimnastları 31,900 xalla ikinci pillədə yer alıblar.
Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət komandamız daha əvvəl çoxnövçülük proqramında da bürünc medala yiyələnib.
“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparır. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər. Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top proqramında güclərini sınayacaqlar.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
21:22 / 17.05.2023
Gimnastlarımız Bakıdakı Avropa çempionatında iki bürünc medal QAZANDI - FOTO
Hazırda oxunan: Gimnastlarımız Bakıdakı Avropa çempionatında iki bürünc medal QAZANDI - FOTO
Hazırda oxunan: Gimnastlarımız Bakıdakı Avropa çempionatında iki bürünc medal QAZANDI - FOTO
136525
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.