“Kəpəz” rəhbərliyi Tərlan Əhmədovun şərtləri ilə razılaşmır

Hazırda oxunan: “Kəpəz” rəhbərliyi Tərlan Əhmədovun şərtləri ilə razılaşmır

136349

“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov bu gedişlə komandada qalmayacaq.  

Bizim.Media xəbər verir ki, klubu çətin şəraitdə Premyer Liqada saxlamağı bacaran mütəxəssislə rəhbərlik arasında ciddi fikir ayrılığı yaranıb.  

Növbəti mövsümdə futbolçuların transferləri ilə bağlı səlahiyyətlərin özünə verilməsini tələb edən Əhmədov icraçı director İlqar Nadirinin etirazı ilə qarşılaşıb. 

Klub rəsmisi bu variantın mümkün olmadığını, maliyyə və transferlərlə bağlı işlərin rəhbərlik tərəfindən aparılacağı məşqçiyə çatdırandan sonra baş məşqçinin “Kəpəz”də qalmaq perspektivi xeyli azalıb.  
Beləliklə Tərlan Əhmədov mövsümün sonunda Gəncə klubunundan ayrılsa, heç də təəccüblənməyin. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin