“Forbes” nəşri 2022-ci ildə ən çox qazanc əldə edən idmançıların siyahısını açıqlayıb.
Bizim.Media xəbər verir ki, gözlənildiyi kimi ilk 3 sırada futbolçular qərarlaşıb.
İlk pilləni ildə 136 milyon dollar qazanan Kriştiano Ronaldo tutubsa, 2-ci yerdə 130 milyon dollar gəlir əldə edən Lionel Messi qərarlaşıb. 3-cü yeri tutan Kilian Mbappe isə ötən il 120 milyon dollar qazanıb.
Yeri gəlmişkən, siyahıda ilk onluqda həmçinin 3 basketbolçu da qərarlaşıb. “Los Anceles Leykers”in ulduzu Lebron Ceyms 119,5 milyon dollarlıq gəlirlə 4-cü yerə çıxıb.
“Qolden Steyt Uoirriors”un ulduzu Stefen Körrio 110,4 milyon dollarla 8-ci, “Finiks Sanz”ın forvardı Kevin Dürant 89,1 milyon dollarla 10-cu sıradadır.
İlk “10-luq”da boksçu Saul Alvares (110 milyon dollar, 5-ci yer), qolfçular Dastin Conson (107 milyon, 6-cı yer) və Fil Mikelsonun (106 milyon dollar, 7-ci yer) adları da var.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
21:07 / 16.05.2023
Ən çox qazanan idmançılar AÇIQLANDI - FOTO
Hazırda oxunan: Ən çox qazanan idmançılar AÇIQLANDI - FOTO
Hazırda oxunan: Ən çox qazanan idmançılar AÇIQLANDI - FOTO
136339
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.