Güləş üzrə Azərbaycan milli komandaları dünya çempionatına hazırlıq məqsədilə növbəti təlim-məşq toplanışlarına start verib. 
Federasiyadan Bizim.Media-ya verilən məlumata görə, yığmalardan ikisi Olimpiya Güləş Mərkəzində məşqləri davam etdirir.  
Yunan-Roma güləşi üzrə kollektiv mayın 9-dan fiziki hazırlıq üzrə təlim-məşq toplanışına başlayıb. Fiziki güc və dözümlülüyün artırılması yönündə keçirilən məşqlər mayın 23-dək davam edəcək. 
Qadın güləşçilər baş məşqçi Semyon Çterevin rəhbərliyi altında mayın 15-də paytaxtda təlim-məşq toplanışına start verib. 
Hazırlıq prosesi mayın 30-da yekunlaşacaq. Sərbəst güləşçilər isə mayın 14-də Rusiyaya yollanıb. Vladiqafqazda baş məşqçi Xetaq Qazyumovun rəhbərliyi altında keçirilən təlim-məşq toplanışı ayın 28-dək davam edəcək. 
Qeyd edək ki, Azərbaycan yığmalarını qarşıda Qırğızıstan (1-4 iyun) və Macarıstanda (13-16 iyul) keçiriləcək reytinq turnirləri gözləyir. Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan dünya çempionatı isə sentyabrın 16-dan 24-dək Serbiyada təşkil ediləcək. 
Bizim.Media

- A-
- A
- A+
İdman
							20:25 / 16.05.2023
							
						Azərbaycanın güləş yığmaları dünya çempionatının hazırlığına start veriblər
						
							
								Hazırda oxunan: Azərbaycanın güləş yığmaları dünya çempionatının hazırlığına start veriblər							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Azərbaycanın güləş yığmaları dünya çempionatının hazırlığına start veriblər							
						136334
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































