Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.
Bizim.Media AFFA-ya istinadən xəbər verir ki, iclasda 2023/2024-cü illər mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.
AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2022) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:
1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
"Qarabağ" FK, “Sabah” FK, "Neftçi" PFK, “Zirə” PFK, "Qəbələ" İK
2. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:
“Turan Tovuz” PFK İB, “Səbail” PFK
3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Turan Tovuz” PFK İB, “Səbail” PFK, “Sumqayıt” FK, “Kəpəz” PFK İB, “Şamaxı” FK İB, "Araz
Naxçıvan" PFK, “Zaqatala” PFK
4. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:
“İmişli” PFK, “Mingəçevir” FK, MOİK PFK, “Qaradağ Lökbatan” FK
Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.
Qeyd edək ki, “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması və maliyyə dayanıqlığı üzrə qaydalar” (Buraxılış 2022), 14-cü maddəsinə müvafiq olaraq, 2023/2024-cü illər mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunur.
Xatırladaq ki, “Araz Naxçıvan” Birinci Divizionun qalibi olub və növbəti mövsüm Yüksək Liqada mübarizə aparacaq.
Əvəzində Premyer Liqada sonuncu yeri tutmuş klub aşağı liqaya düşməlidir. Ancaq AFFA-nın “Zaqatala” klubuna lisenziya verməsi onu deməyə əsas verir ki, növbəti mövsümdən Azərbaycan Premyer Liqasını heç bir klub tərk etməyəcək və çempionatda 12 komanda mübarizə aparacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
15:10 / 15.05.2023
Premyer Liqada komandaların sayı ARTIRILACAQ – Bu klublara lisenziya VERİLDİ
Hazırda oxunan: Premyer Liqada komandaların sayı ARTIRILACAQ – Bu klublara lisenziya VERİLDİ
Hazırda oxunan: Premyer Liqada komandaların sayı ARTIRILACAQ – Bu klublara lisenziya VERİLDİ
136078
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.