“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 34-cü turunun “Zirə” ilə oyunundan sonra (1:1) danışıb.
Bizim.Media xəbər verir ki, o, oyundan sonra baş tutan mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:
“Maraqlı oyun oldu. Sürətli oyun gördük. Qalib də gələ bilərdik, uduza da. Komandam daha istəkli idi. Bir xal bizim üçün çox vacib idi. Zirədə oynamaq bizim üçün çətindir. Futbolçularıma təşəkkür edirəm. Mənim üçün gözəl oyun oldu. Rəqib ilk hissədə təzyiq göstərdi. Nizam-intizamlı oynadıq.
Gələn azarkeşlər üçün də maraqlı oyun oldu. Onların sevincinə az da təsir edə bildiksə, bu, bizim üçün çox xoşdur. Bu gün hər iki komanda həm xal itirdi, həm də xal qazandı. Nəticə oyuna görə belə də olmalı idi. Biz heç bir futbolçunu silmirik. Qarşıda iki turumuz var, hər şey ola bilər. Çempionatda qalıb-qalmadığımızı tam demək olmaz”.
Tərlan Əhmədov həmçinin mövsümün sonunda “Kəpəz”i tərk edəcəyini də açıqlayıb: “Bəli, mən ilk növbədə komandanın baş məşqçisi təyin olunanda məqsədim klubu Premyer Liqada saxlamaq idi. Qış fasiləsindən sonra isə demişdim ki, mən gedəcəm. Sizə kim deyib ki, mən getməyəcəyəm? Hər halda, gizli proseslər də var. Mən sözümün arxasındayam. Yəni, demişdim ki, gedəcəyəm”.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
23:07 / 12.05.2023
Tərlan Əhmədov: “Mövsümün sonunda “Kəpəz”dən gedəcəyəm”
Hazırda oxunan: Tərlan Əhmədov: “Mövsümün sonunda “Kəpəz”dən gedəcəyəm”
Hazırda oxunan: Tərlan Əhmədov: “Mövsümün sonunda “Kəpəz”dən gedəcəyəm”
135722
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.