Boksçumuz dünya çempionatını bürünc medalla başa vurdu

Hazırda oxunan: Boksçumuz dünya çempionatını bürünc medalla başa vurdu

135709

Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında dünya çempionatında yarımfinal mərhələsinin döyüşləri keçirilir. 

Bizim.Media xəbər verir ki, finala gedən yolda Azərbaycan millisinin heyətində Alfonso Dominqesin (86 kq) ardınca Məhəmməd Abdullayev (+92 kq) rinqə çıxıb. 

O, 1/2 finalda kubalı Fernando Lopes Arzola ilə üz-üzə gəlib. Döyüşdə rəqib finala vəsiqə qazandığından Abdullayev dünya çempionatının bürünc medalla başa vurub. Bu, onun böyüklər arasında ardıcıl eyni əyarlı ikinci mükafatı olub. 
Qeyd edək ki, daha öncə Dominqes yarımfinalda Georgi Kuşitaşvilini (Gürcüstan) 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edərək ikinci dəfə dünya çempionatının finalına vəsiqə qazanıb. Olimpiya mükafatçımız həlledici görüşdə rusiyalı Şarabutdin Atayevlə döyüşəcək.  

Qarşılaşma mayın 14-də olacaq. 


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin