"Sabah"la xeyriyyə matçında qarşılaşacaq Türkiyənin "Beşiktaş" komandası Bakıdadır.
Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisini daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Komandanı hava limanında çoxsaylı azarkeşlər qarşılayıblar.
Xatırladaq ki, mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq "Sabah" - "Beşiktaş" matçına saat 18:00-da start veriləcək.
Qarşılaşmadan əldə ediləcək bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.
Klubun Hava Limanındakı qarşılanma mərasimindən canlı yayımı təqdim edirik:
Bizim.Media