Cerrard “Milan”ın oyununu tənqid etdi

Hazırda oxunan: Cerrard “Milan”ın oyununu tənqid etdi

135555

İngiltərəli məşqçi Stiven Cerrard "Milan"ın Çempionlar Liqasının yarımfinalında "İnter"lə oyununu tənqid edib. 

Bizim.Media “Daily Mail”ə istinadən xəbər verir ki, o, “Milan”ın futbolçularının ürəksiz oynadıqlarını bildirib: 

“Milan” Çempionlar Liqasının yarımfinal mərhələsindədir. Meydana çıxanlar futbolçu dəstəsi kimi görünürdülər. Birlikdə mübarizə aparmırdılar. Məşqçi bu məsələdə baş sındırmalıdır. Ürəksiz oynayırdılar. Sandro Tonali Henrix Mxitaryanın qol epizodunda həddindən artıq tənbəllik etdi, rəqibin rahatlıqla qaçmasına şərait yaratdı. 

Mərkəz müdafiəçiləri arasında qətiyyən əlaqə və ünsiyyət görünmürdü. 90 dəqiqə ərzində həm yarımmüdafiəçilər, həm də müdafiəçilər çox passiv və zəif çıxış etdilər”. 

Xatırladaq ki, "Milan" - "İnter" matçı qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında cavab matçı mayın 16-da keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin