Bu gün Novxanı atıcılıq mərkəzində Milli Paralimpiya Komitəsinin 20 illik Yubileyi münasibəti ilə stend atıcılığının Kompak Sporting idman növü üzrə turnir keçirilmişdir. Turnirdə 5 nəfər qadın olmaqla ümumilikdə 21 nəfər paralimpiyaçı
iştirak etmişdir.Yarışın nəticələrinə görə kişilər arasında Məmmədov Elşad birinci, Həsənquliyev Amid ikinci, Nəbiyev Əli isə üçüncü yerə laiq görülmüşlər. Qadınlardan isə Səfərova Solmaz birinci, Kərimova Vüsalə ikinci və Şıxıyeva Bahar isə üçüncü yerin qalibi
olmuşlar. Qaliblərə kubok, diplom və medalları Milli Paralimpiya Komitəsinin birinci vitse prezidenti Natiq Qasımov, ARMPK-nin baş katibi Afiq Suleymanov və Atıcılıq Federasiyasının vitse prezidenti Rasim Rzayev təqdim etmişdilər.Turnir Atıcılıq Federasiyasının
dəstəyi ilə keçirilmişdir.
Qeyd edək ki, stend atıcılğı idman növü 2020-ci ildə Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına daxil edilmişdir. Bunu nəzərə alaraq 2017-ci ildə Milli Paralimpiya Komitəsinin nəzdində Stent atıcılıgı idman növünün yaradılması planlaşdırılır.



































































































