Azərbaycan cüdoçusu Hidayət Heydərov Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
Bizim.Media xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən ikiqat Avropa çempionu ilk üç rəqibini məğlubiyyətə uğradıb.
26 yaşlı cüdoçu 1/16 finalda Adil Osmanova (Moldova), 1/8 finalda Cek Yonezukaya (ABŞ), 1/4 finalda isə Artur Margelidona (Kanada) qalib gəlib.
İki dəfə mundialın bürünc mükafatına sahib çıxan Heydərov bu dəfə çempionluq şansını davam etdirir. Onun yarımfinaldakı rəqibi italiyalı Manuel Lombardo olacaq.
Qeyd edək ki, daha əvvəl oğlanlarda Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), qızlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar. Mayın 10-da Səid Mollayi (81 kq) mübarizə aparacaq. Dünya çempionatı mayın 14-də başa çatacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
16:41 / 09.05.2023
Cüdoçumuz dünya çempionatında yarımfinala yüksəldi
Hazırda oxunan: Cüdoçumuz dünya çempionatında yarımfinala yüksəldi
Hazırda oxunan: Cüdoçumuz dünya çempionatında yarımfinala yüksəldi
135100
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.