Almaniyalı məşqçidən AVRO-2020-nin Azərbaycanda təşkilinə MÜNASİBƏT

Hazırda oxunan: Almaniyalı məşqçidən AVRO-2020-nin Azərbaycanda təşkilinə MÜNASİBƏT

13491

"Azərbaycandan Rumıniyaya və ya 12 şəhərə uçuş lazımdırmı?” sualını verənləri başa düşə bilərəm. Bu ölkələrin və bu şəhərlərin hər biri AVRO-2020-nin tərkib hissəsi olmalarından böyük qürur hissi keçirirlər".

Bizim.Media xəbər verir ki, bunu futbol üzrə Almaniya millisinin baş məşqçisi Yoahim Löv Avropa çempionatının qitənin 12 şəhərində keçirilməsinə münasibət bildirərkən deyib.

61 yaşlı mütəxəssis "Kicker"ə açıqlamasında nüfuzlu yarışın mövcud şəraitdə təşkilinə dair müzakirələrə qatılmaq istəmədiyini qeyd edib.

Təcrübəli baş məşqçinin fikrincə, bu, yaxın ayların hadisələrinə baxaraq qərar verməli olan UEFA üçün çətin vəzifədir.

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. 

AVRO-2020 Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərlərində təşkil olunmalıdır.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin