Dünya çempionatının ilk günündə bütün cüdoçularımız uduzdu

Hazırda oxunan: Dünya çempionatının ilk günündə bütün cüdoçularımız uduzdu

134788

Bu gün Qətərin paytaxtı Dohada cüdo üzrə dünya çempionatı start götürüb. 

Bizim.Media xəbər verir ki, yarışın ilk günündə mübarizəyə qoşulan 4 cüdoçumuzun hamısı uduzub. Kişilər arasında 60 kq-da mübarizə aparan Balabəy Ağayev ilk görüşündə tunisli rəqibinə qalib gəlsə də, ikinci qarşılaşmada mərakeşli Yunus Saddikiyə məğlub olub. 

Bu çəkidəki digər təmsilçimiz Turan Bayramov isə Kolumbiya idmançısı Yohan Roxasa qalib gəlsə də, sonradan turnirin favoritlərindən sayılan yaponiyalı Naoxise Takato qarşısında aciz qalıb. 

Qadınların yarışında 48 kq-da mübarizə aparan Leyla Əliyeva ilə Könül Əliyeva ilk görüşlərində məğlub olaraq dünya çempionatında mübarizəni erkən dayandırıblar. Qeyd edək ki, dünya çempionatı mayın 14-dək davam edəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin