Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun daha iki oyunu keçiriləcək.
Bizim.Media xəbər verir ki, günün ilk matçında "Neftçi" "Turan Tovuz"un qonağı olacaq.
Tovuz şəhər stadionundakı qarşılaşma saat 15:00-da başlayacaq. Görüşü Kamal Umudlunun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Bölgə təmsilçisi 32 xalla 6-cı, "ağ-qaralar" 61 xalla 3-cü pillədə qərarlaşıb.
Digər oyunda isə "Sumqayıt" və "Səbail" münasibətlərə aydınlıq gətirəcəklər. “Kapital Bank Arena”dakı matç saat 19:00-da start götürəcək. Qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olacaq. "Gənclik şəhəri" təmsilçisi 28 xalla 8-ci, "dənizçilər" 22 xalla sonuncu-10-cu sıradadır.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Sabah" "Kəpəz"i, "Zirə" "Şamaxı"nı üç cavabsız qolla üstələyib. XXXIII tura mayın 8-də baş tutacaq "Qarabağ" - "Qəbələ" oyunu ilə yekun vurulacaq.
Bizim.Media