Bu gün Topaz Premyer Liqasında XXXII tura yekun vurulub.xa0
Günün və turun son oyununda Azərbaycan çempionunun adına aydınlıq gəlib.xa0
Zirədə keçirilən matçda “Qarabağ”x9d meydan sahiblərinə qalib gəlib və ardıcıl 3-cü dəfə birinciliyi zirvədə bitirməyi təmin edib. Qarşılaşma “Qarabağ”x9dın 0:2 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, bu oyunda əldə olunan 3 xal ağdamlıları əlçatmaz edib.xa0
“Qarabağ”x9d bu oyun da daxil olmaqla ardıcıl 9 qarşılaşmadır ki, xal itkisinə üzülmür. Üstəlik, Qurban Qurbanovun yetirmələri son 13 qarşılaşmada rəqib qapıçıları məyus etməyi bacarıb.(musavat.com)

































































































