İdman sağlamlığımızın rəhni, yoxsa əcəlidir? – VİDEOREPORTAJ 

Hazırda oxunan: İdman sağlamlığımızın rəhni, yoxsa əcəlidir? – VİDEOREPORTAJ 

134306

Əksər valideynlər azyaşlı uşaqlarını sağlam böyüməsi və sözün həqiqi mənasında “bərk”iməsi üçün müxtəlif idman növlərinə yazdırırlar. Ötən gün idman müəlliminin məşq zamanı zorakılıq etməsi ilə öz tələbəsinin faciəvi ölümünə səbəb olması ölkə olaraq hər kəsi sarsıtdı. Hadisə nəticəsində demək olar ki, idman müəllimlərinin dərs metodikası hər kəsin beynində bir “SOS” yaratdı.

İdman doğrudanmı zorakılıqla, döyməklə öyrədilməlidir?

Bizim.Media sualla bağlı bir neçə mütəxəssisə müraciət edib.
 

MÖVZU İLƏ BAĞLI:

İdman məktəblərində kimlər məşq keçə bilər? – SİYAHI  


Məşqçi, karate üzrə dünya çempionu Şahin Atamov açıqlamasında pis rəftar, jarqonlarla dərs keçənlərə “müəllim” adını yaraşdırmadığını deyib.

Sumqayıt Şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Fuad Aslanov isə zalların fəaliyyət göstərməsinə kimin nəzarət etməsi məsələlərinə cavab verib.

Bəs uşaqların neçə yaşından idmana başlaması düzgün hesab olunur? 

Bu sualımızı isə həkim-pediatr Vaqif Qarayev cavablayıb. Onun sözlərinə görə, uşaqların 11-14 yaş aralığında idmana getməsi daha düzgündür.

Şəhər sakinləri də mövzu ilə bağlı sorğuda iştirak edib.

Daha ətraflı hazırladığımız videoreportajda: 

Səkinə Yusibli, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin