“Mançester Siti” futbolçusu Erlinq Haalandla bağlı qərar verib.
Bizim.Media xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi norveçli hücumçuya yeni müqavilə təklif edəcək.
Mançesterlilərin belə qərarına 23 yaşlı forvardın “şəhərlilər”in heyətindəki məhsuldar çıxışı səbəb olub. Haaland cari mövsümün arxada qalan hissəsində 50 qola imza atıb.
Onun hazırkı müqaviləsi 2027-ci ildə başa çatacaq. “Mançester Siti” Erlinqi daha uzun müddət heyətində saxlamaq niyyətindədir.
Qeyd edək ki, skandinaviyalı futbolçu 2022-ci ilin yayında Dortmund “Borussiya”sından “Mançester Siti”yə keçib.
Bizim.Media
- A-
- A
- A+
İdman
00:29 / 02.05.2023
“Mançester Siti" Haalanda yeni müqavilə təklif etməyi PLANLAŞDIRIR
Hazırda oxunan: “Mançester Siti" Haalanda yeni müqavilə təklif etməyi PLANLAŞDIRIR
Hazırda oxunan: “Mançester Siti" Haalanda yeni müqavilə təklif etməyi PLANLAŞDIRIR
133827
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.