"Liverpul" İngiltərə Premyer Liqasının 34-cü turunda "Tottenhem"i qəbul edib.
Bizim.Media xəbər verir ki, matç meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Qollar: Cons, 3 (1:0), Dias, 5 (2:0), Salah, 15 (3:0), Keyn, 40 (3:1), Min, 77 (3:2), Rişarlison, 90+3 (3:3), Jota, 90+4 (4:3).
“Mançester Siti” isə səfərdə “Fulhem”ə 2:1 hesabı ilə qalib gələrək liderliyi ələ keçirib.
Erlinq Holand və Yulien Alvaresin qollarına ev sahiblərindən Karlos Vinisius cavab verib.
“Mançester Yunayted” öz meydanında “Aston Villa”nı minimal hesabla məğlub edib. Yeganə qolu 39-cu dəqiqədə Brunu Fernandeş vurub.
“Mançester Yunayted” 63 xalla 4-cü, “Aston Villa” 54 xalla 6-cıdır. "Liverpul" 56 xalla turnir cədvəlində 54 xalı olan "Tottenhem"i geridə qoyaraq 5-ci pilləyə yüksəlib. Siyahıya 76 xalla "Mançester Siti" başçılıq edir.
Bizim.Media
- A-
- A
- A+
İdman
22:13 / 30.04.2023
“Mançester Siti” liderliyi ələ keçirdi
Hazırda oxunan: “Mançester Siti” liderliyi ələ keçirdi
Hazırda oxunan: “Mançester Siti” liderliyi ələ keçirdi
133631
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.