Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmə güləşçilər arasında “Zəfər kuboku” başa çatıb.
Azərbaycan Güləş Federasiyasından Bizim.Media-ya bildirilib ki, ənənəvi yarışda ölkəmizi yunan-Roma və qadın güləşi üzrə U-17 milli komandalarımız təmsil edib.
Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Elvin Mürsəliyevin rəhbərliyi altında 9 yunan-Roma güləşçimiz fəxri kürsüyə qalxıb. Turan Daşdəmirov (45 kq), Əli Seyidəlili (51 kq), Ayxan Cavadov (55 kq) və Elmin Əliyev (80 kq) çempion olub. Nurlan İbadzadə (60 kq) ikinci, Elnar Ziyadov (48 kq), Roman Kərimov (60 kq), Cavidan Nehmətov (71 kq) və Mikayıl İsmayılov (92 kq) isə üçüncü yeri tutub. 4 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan millimiz 173 xalla komanda hesabında 1-ci yeri tutub.
Qadın güləşində böyük məşqçi Həsrət Məmmədyarovla məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 3 medal əldə edilib. Günay Qurbanova (61 kq) qızıl, Səadət Quliyeva (43 kq) və Esra Məmmədli (49 kq) bürünc medal qazanıb. Yığmamız 63 xalla 3-cü yeri tutub.
Beləliklə, turnirdə güləşçilərimiz 12 (5 qızıl, 1 gümüş, 6 bürünc) medal qazanıb. Bu yarışda ölkəmizi hakim qismində beynəlxalq dərəcəli referi Xəzər Allahverdiyev təmsil edib.
Bizim.Media
- A-
- A
- A+
İdman
12:28 / 30.04.2023
Güləşçilərimiz “Zəfər kuboku”nu 12 medalla başa vurub
Hazırda oxunan: Güləşçilərimiz “Zəfər kuboku”nu 12 medalla başa vurub
Hazırda oxunan: Güləşçilərimiz “Zəfər kuboku”nu 12 medalla başa vurub
133564
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.