"Barselona"nın baş məşqçisi Xavi PSJ-nin futbolçusu Lionel Messinin Kataloniya təmsilçisinə mümkün qayıdışı ilə bağlı sualı növbəti dəfə cavablandırıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, o, Leonun qayıdıb-qayıtmayacağını bilmədiklərini qeyd edib:
“Bu haqda danışmaq hələ tezdir. Bütün diqqətimizi "Betis"lə oyuna və La Liqanı qazanmağa yönəlmişik. Tansferlərə gələcəkdə baxarıq”.
Xavi həmçinin "Barselona" ilə La Liqa rəhbərliyi arasında Messinin transferinin maliyyə feyr-pleyinin tələblərinə uyğun olub-olmayacağını müzakirə edəcəkləri görüşlə bağlı sualı da cavablandırıb:
“Bu görüş təkcə Leonun mümkün qayıdışı ilə bağlı olmayacaq. Görək. Bu, "Barselona"nın qarşıdan gələn mövsüm üçün heyəti təkmilləşdirmək imkanının olması üçün lazımdır, amma indi bu o qədər də vacib məsələ deyil. La Liqada qalib gəlməliyik".
Messinin PSJ ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir.
Bizim.Media
- A-
- A
- A+
İdman
21:32 / 28.04.2023
Xavidən Messi ilə bağlı növbəti AÇIQLAMA
Hazırda oxunan: Xavidən Messi ilə bağlı növbəti AÇIQLAMA
Hazırda oxunan: Xavidən Messi ilə bağlı növbəti AÇIQLAMA
133364
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.