Canni de Byazi "Qarabağ"ı hədəf aldı - Sensasion açıqlamalar 

Hazırda oxunan: Canni de Byazi "Qarabağ"ı hədəf aldı - Sensasion açıqlamalar 

133298

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi gündəm yaradacaq açıqlamalar verib. 

Bizim.Media “1news.az”a istinadən xəbər verir ki, o bununla bağlı müsahibə verib. 

Byazi bildirib ki, Albaniya millisinə rəhbərlik etdiyi dövrdə bu komanda FİFA reytinqində 80-ci pillədə olub:

"2,5 ildən sonra isə komanda 22-ci yerə qədər yüksəldi. Bu, inanılmaz göstərici idi və futbolçuların sayəsində mümkün oldu. Amma siz Azərbaycan çempionatının səviyyəsinə baxın. Əminəm ki, siz onun səviyyəsinə bələdsiniz". 

Jurnalistin "səviyyə yüksək deyil" cavabına Canni de Byazinin "Qarabağ"la bağlı fikirlər səsləndirib:

"Məhz belədir. Siz hesab edirsiniz ki, "Qarabağ" legionersiz bu komanda ola bilərdi" - deyə Canni de Byazi qeyd edib. 

Daha sonra jurnalist bildirib ki, "Qarabağ" millidən fərqli olaraq, psixoloji tərəfdən daha hazırlıqlıdır və komanda istənilən rəqibə qarşı yaxş oyun sərgiləyə bilər.

Bununla bağlı Canni de Byazi deyib: 

"Bu heyət artıq 10 ildir birgədir. Qurban Qurbanov isə 2008-ci ildən "Qarabağ"a başçılıq edir. Onun öz strategiyasını gerçəkləşdirmək üçün vaxtı oldu. Amma mən bura (milliyə - red.) başqa ölkələrdən futbolçular cəlb edə bilmərəm". 

De Byazi millinin məğlubiyyətlərinə görə çoxsaylı tənqidlərə də münasibət bildirib:

"İngiltərə Premyer Liqasında "Arsenal" 1:4 hesabı ilə uduzdu. Bu, ağır məğlubiyyətdir. Amma sən reytinqdə özündən 100 pillə yüksəkdə olan komandaya uduzursansa, bu, darmadağın deyil. Bəli, biz 0:2 hesabı ilə uduza bilərdik. Amma çoxlu səhvə yol verdik. Bu, bizim futbolçula böyük təcrübə qazandıracaq". 

De Byazi bu günlərdə AFFA İcraiyyə Komitəsinin iclasını yarımçıq tərk etməsinə də toxunub. O deyib:

"Mənim bu iclasdan sonra görüşüm vardı, ona görə tələsirdim. İcraiyyə Komitəsinin üzvlərinə dedim ki, gələcək inkişaf üçün proqram tərtib edilməlidir. Bu, mənimləmi olacaq, ya başqa məşqçi iləmi, fərqi yoxdur. Amma vacib odur ki, biz yeni layihəyə başlayaq. Bu layihə təkcə AFFA deyil, Gənclər və İdman Nazirliyi və digər qurumlarla da olmalıdır. Futbol uşaqlara məktəbdə öyrədilməlidir. Onu isə yaxşı məşqçilər, müəllimlər tədris etməlidir". 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin