Ançelottiyə mayın 25-dək vaxt verdilər 

Hazırda oxunan: Ançelottiyə mayın 25-dək vaxt verdilər 

132955

Braziliya Futbol Federasiyası "Real"ın baş məşqçisi Karlo Ançelottinin cavabı üçün son tarix müəyyənləşdirib.  

Bizim.Media xəbər verir ki, bu barədə “Globo” qurumun prezidenti Ednaldo Rodrigezin sözlərinə istinadən məlumat yayıb. 

Federasiya rəhbərliyi mayın 25-dək 63 yaşlı italiyalı mütəxəssisdən cavab gözləməyə hazırdır, bundan sonra Braziliya millisinin baş məşqçisi vəzifəsinə digər namizədlərlə danışıqlara başlayacaq. 
Bu vəzifəyə Ançelottidən başqa Jorje Jezus (“Fənərbaxça”), Fernando Diniz (“Fluminense”) və Abel Ferreyra (“Palmeyras”) namizəddir. 

Federasiyanın Ançelotti ilə yalnız ilkin danışıqlar apardığı vurğulanır. Qeyd edək ki, Ançelottinin "Real"la müqaviləsi 2024-cü ilin yayında başa çatır. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin