İspaniyanın "Real" klubu heyətini yeni futbolçu ilə gücləndirəcək. 
Bizim.Media İspaniya mətbuatına istinadən xəbər verir ki, "kral klubu" "Selta"nın futbolçusu Qabri Veyqanı transfer edəcək. "Real" Viqo təmsilçisi ilə 20 yaşlı ispan yarımmüdafiəçinin keçidi ilə bağlı razılıq əldə edib. Transfer təxminən 40 milyon avroya başa gələcək.
Gənc futbolçu növbəti mövsümü icarə əsasında "Selta"da keçirdikdən sonra Madrid təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, Qabri Veyqa "Selta"nın yetirməsidir. İspaniya U-21 millisinin üzvü cari mövsümdə La Liqa klubunun heyətində meydana çıxdığı 32 rəsmi matçda 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu,Bizim.Media

- A-
- A
- A+
İdman
							22:38 / 24.04.2023
							
						“Real”dan 40 milyonluq transfer
						
							
								Hazırda oxunan: “Real”dan 40 milyonluq transfer							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: “Real”dan 40 milyonluq transfer							
						132517
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































