Gimnastımız dünya kubokunda dördüncü oldu

Hazırda oxunan: Gimnastımız dünya kubokunda dördüncü oldu

132306

Azərbaycan gimanstı Zöhrə Ağamirova Bakıda keçirilən dünya kuboku yarışlarında topla hərəkətlərdə dördüncü olub.

Bizim.Media xəbər verir ki, idmançımiz çıxışına görə hakimlərdən 31,700 xal alıb.

İlk üçlükdə almaniyalı Darya Varfolomeev (33,150 xal), Bolqarıstan idmançısı Eva Brezalieva (32,950 xal) və özbəkistanlı Taxmina İkromova (31,800) yer alıblar.
Ənənəyə uyğun olaraq, yarışda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan onuncu dünya kuboku yarışlarıdır. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin