Daha bir güləşçimiz Avropa çempionatında erməniyə QALİB GƏLDİ 

Hazırda oxunan: Daha bir güləşçimiz Avropa çempionatında erməniyə QALİB GƏLDİ 

132234

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatında bu gün Azərbaycanın daha beş yunan-Roma güləşçisi mübarizəyə başlayıb. İdmançılarımızın hər biri 1/8 finaldan yarışa start götürüblər. 

Bizim.Media xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Nihat Məmmədli Bolqarıstan təmsilçisi Edmond Nazaryanla üz-üzə gəlib. İdmançımız rəqibinə 3:7 hesabı ilə məğlub olub. 

67 kq-da yarışan Həsrət Cəfərov Pedro De Moraislə (Portuqaliya) qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb. O, 1/4 finalda norveçli Havard Yorgenseni 7:1 hesabı ilə üstələyərək yarımfinalda yarışmaq hüququ qazanıb. 

72 kq-dakı Ülvü Qənizadə ilk görüşdə ukraynalı Andrey Kuliki 4:1, növbəti mərhələdə bolqarıstanlı Deivid Dimitrovu 3:1 hesabı ilə məğlub edərək yarımfinala adlayıb. Burada o, Selçuk Canla (Türkiyə) üz-üzə gələcək. 

82 kq-da titullu pəhləvan Rafiq Hüseynov ilk görüşdə isveçrəli Mark Veberi (İsveçrə) 8:0 üstələyib. 1/4 finalda o, ermənistanlı Samvel Qriqoryanın kürəyini yerə vurub (3:2) və yarımfinala adlayıb. Rafiq finala yüksəlmək üçün Burhan Akbudakla (Türkiyə) güləşəcək. 
97 kq-da mübarizə aparan Arif Niftullayev çexiyalı Artur Omarovla üz-üzə gəlib. O, rəqibinə 1:2 hesabı ilə uduzub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin