Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında bu gün Yunan-Roma güləşi üzrə mübarizəyə start veriləcək.
Bizim.Media xəbər verir, ilk gündə Azərbaycanın 5 idmançısı döşək üzərinə çıxacaq.
55 kq-da yer alan Eldəniz Əzizli 1/4 finalda Artyom Deleanu (Moldova) / Stefan Qriqorov (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
kkkj63 kq-da çıxış edən Taleh Məmmədov Yakopo Sandron (İtaliya) / Kriştian Kekemeti (Macarıstan) cütünün güclüsü ilə qüvvəsini sınayacaq. 77 kq-da Sənan Süleymanov 1/8 finalda Joltan Levayla (Macarıstan) qarşılaşacaq. 87 kq çəki dərəcəsindəki İslam Abbasov təsnifat mərhələsində Turpal Maqamadovla (Fransa) münasibətlərinə aydınlıq gətirəcək.
Nəhayət, 130 kq-da mübarizə aparan Sabah Şəriəti isə 1/8 finalda Dariuş Viteklə (Macarıstan) üz-üzə gələcək.
Bu gün həmçinin qadınların mübarizəsində Jalə Əliyeva (57 kq) qızıl, Türkan Nəsirova (53 kq) bürünc medal uğrunda görüşə, Elis Manolova (65 kq) isə təsəlliverici qarşılaşmaya çıxacaq.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
12:25 / 21.04.2023
Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayır
Hazırda oxunan: Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayır
Hazırda oxunan: Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayır
132048
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.