Avropa Liqası: 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək

Hazırda oxunan: Avropa Liqası: 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək

131788

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

Bizim.Media xəbər verir ki, bununla da yarımfinalın iştirakçıları bəlli olacaq.

Eyni saatda start götürəcək matçlarda İngiltərə "Mançester Yunayted"i İspaniyada "Sevilya"nın, İtaliya "Yuventus"u Portuqaliyada "Sportinq"in, Almaniya "Bayer"i Belçikada "Union"un, Niderland "Feyenoord"u isə İtaliyada "Roma"nın qonağı olacaq.

UEFA Avropa Liqası

1/4 final, cavab oyunları

20 aprel

23:00. "Sevilya" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)

İlk oyun - 2:2

23:00. "Sportinq" (Portuqaliya) - "Yuventus" (İtaliya)

İlk oyun - 0:1

23:00. "Union" (Belçika) - "Bayer" (Almaniya)

İlk oyun - 1:1

23:00. "Roma" (İtaliya) - "Feyenoord" (Niderland)

İlk oyun - 0:1

Qeyd edək ki, yarımfinalda "Sportinq" - "Yuventus" / "Sevilya" - "Mançester Yunayted" və "Roma" - "Feyenoord" / "Union" - "Bayer" cütünün qalibləri üz-üzə gələcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin