Türkiyəli idmançılar İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qazandıqları medalları Azərbaycana həsr etdiklərini söylədilər.
Bizim.Media xəbər verir ki, Cansu Bektaş və Gamze Altun bayrağımızı yandıran dığaların gözü qarşısında iki ölkə arasında qardaşlığın sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirdilər.
Türkiyəli idmançıların tarixə həkk olan jesti Prezident İlham Əliyevin də diqqətindən yayınmadı.
Dövlət başçısı ötən gün Salyanda səfərdə olarkən türkiyəli ağır atletlətləri ölkəmizə dəvət etdi. Qələbəsini Azərbaycana həsr edən idmançılardan biri Cansu Bektaş Prezidentin onları ölkəmizə dəvət etməsi ilə bağlı "Xəzər Xəbər"ə eksklüziv açıqlama verib.
19 yaşlı idmançı ölkəmizə böyük məmnuniyyətlə gəlmək istədiyini bildirib. Cansu Bektaş vurğulayıb ki, onlar İrəvanda həm də Azərbaycanı təmsil ediblər.
O, Azərbaycan-Türkiyə qardaşlığının idman sahəsində də hər zaman davam edəcəyinə əmin olduğunu ifadə edib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bizim.Media