Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Konyaspor" Türkiyə Superliqasının 29-cu turunda "Adana Demirspor"la qarşılaşır.
Bizim.Media xəbər verir ki, oyun Bakı vaxtı ilə saat 21:30-da başlayıb.
Mahir Emreli ilk dəqiqədən meydanda olub. O, start heyətində yer alıb. Mahir 40-cı dəqiqədə qapını dəqiq nişan alıb və hesabı 1:1 edib.
Bu, Emrelinin Türkiyə Superliqasında və "Konyaspor"da ilk qoludur.
Rəşad Rafiqoğlu, Bizim.Media