Türkiyənin “Fənərbaxça” klubunda daha bir futbolçu zədələnib.
Bizim.Media xəbər verir ki, Super Liqa təmsilçisinin yarımmüdafiəçisi Miha Zayç sıradan çıxıb.
O, 29-cu tur çərçivəsində baş tutan “Ankaragücü” ilə oyunda əzələsini zədələyib. Müayinələr nəticəsində onun sol ayaq əzələsində yırtıq və qanama aşkarlanıb.
Sloveniyalı futbolçunun azı 2 həftə yaşıl meydanlardan kənarda qalması gözlənilir. O, bu mövsüm “Fənərbaxça”da 28 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.
Xatırladaq ki, “Fənərbaxça”da ötən gün qapıçı Altay Bayındır də əməliyyat olunub.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
15:07 / 18.04.2023
“Fənərbağça”da daha bir İTKİ
Hazırda oxunan: “Fənərbağça”da daha bir İTKİ
Hazırda oxunan: “Fənərbağça”da daha bir İTKİ
131445
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.