Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Sumqayıt” istəyinə çatsa, yayda heyətdə ciddi dəyişiklik edəcək.
Bizim.Media xəbər verir ki, baş məşqçi Samir Abasov bəzi futbolçularla yolları ayırmağı düşünür.
Xüsusilə də legionerlərin çoxu komandadan göndəriləcək. Baş məşqçinin “qara siyahı”sındakı oyunçulardan biri artıq məlumdur. Bu yarımmüdafiəçi Terrens Tisdeldir. Komandaya qış fasiləsində qoşulan liberiyalı futbolçu məşqlərə məsuliyyətsiz yanaşdığından son vaxtlar əsas heyətdəki yerini itirib.
Ancaq Tisdelin gələn ilin yayına qədər müqaviləsinin olması müəyyən problemlər yaradır. Bu səbəbdən “Sumqayıt” liberiyalını göndərmək üçün təzminat ödəməli olacaq.
Qeyd edək ki, Terrens bu mövsüm Premyer Liqada keçirdiyi 11 oyunda 1 qol vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
14:50 / 18.04.2023
Bu futbolçu da “Sumqayıt”dan gedəcək
Hazırda oxunan: Bu futbolçu da “Sumqayıt”dan gedəcək
Hazırda oxunan: Bu futbolçu da “Sumqayıt”dan gedəcək
131440
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.