"Bavariya" futbolçusu Sadio Maneni komanda yoldaşı Leroy Saneni vurduğuna görə ağır şəkildə cəzalandırmağa hazırlaşır.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl də xəbər verdiyimiz kimi, Mane Çempionlar Liqasının 1/4 finalının "Mançester Siti" ilə ilk oyunundan sonra Sane ilə dava edib, onu yumruqla vurub.
"Bavariya" isə bu hadisədən sonra seneqallı forvardı müvəqqəti olaraq komandadan uzaqlaşdırıb. Klub rəhbərliyi isə əlavə bir cəza verərək, futbolçunu 500 min avro məbləğində cərimələyib.
Komandanın baş məşqçisi Tomas Tuhel məsələ ilə əlaqədar açıqlamasında oyuçusunu qoruyub:
"Mən Maneni qorumaq, onu müdafiə etmək üçün buradayam. Maneni mükəmmək futbolçu kimi tanıyıram. Bu hadisəni geridə qoyduq. Mane heç nəyə görə günahkar deyil. Bu həyatda hər kəsin bir səhv etmək şansı olduğunu düşünürəm. Manenin etdiyi bir az artıq idi, amma o da bunu görüb, üzr istədi".
Lakin bu dəfə Sadio ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Bildirilir ki, Tuhel Maneni dəstəkləyən açıqlama verməsinə baxmayraq, onun haqqında sərt qərar qəbul edib. 31 yaşlı hücumçunun müqaviləsi davam etsə də, “Bavariya" yayda onunla yolları ayıracaq.
Həmçinin qeyd olunur ki, sözləşməsi 2025-ci ilədək olan futbolçunun İngiltərə Premyer Liqasına qayıtması ehtimalı var. Həmçinin onunla sabiq klubları "Liverpul" və "Sauthempton"un da maraqlanacağı gözlənilir.
Qeyd edək ki, S.Mane bu mövsüm 32 matçda 11 qol vurub və 5 qolun ötürməsini verib.
Bizim.Media
- A-
- A
- A+
İdman
03:30 / 18.04.2023
"Bavariya"dan Maneyə ağır cəza
Hazırda oxunan: "Bavariya"dan Maneyə ağır cəza
Hazırda oxunan: "Bavariya"dan Maneyə ağır cəza
131323
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.