Polşanın Poznan şəhərində 15-16 aprel tarixlərində keçirilən gənclər arasında Avropa Kuboku turnirində cüdoçularımız ümumilikdə 1 gümüş və 5 bürünc medala sahib olub. 
Bizim.Media xəbər verir ki, turnirin ilk günü 5 çəki dərəcəsində 11 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.  
Oğlanların yarışında -66 kq. çəkidə Aydın Rzayev bürünc medal əldə edib. -73 kq. çəkidə Qadir Hüseynov gümüş medal, Süleyman Əliyev bürünc medal qazanıb. -60 kq. çəkidə Nizami İmranov və -66 kq. çəkidə Nicat Nağıyev yarışı 5-ci yerdə başa vurub.  
Qızların yarışında -78 kq. çəkidə Nərmin Əmirli bürünc medala sahib olub. +78 kq. çəkidə Nigar Süleymanova isə yarışı 7-ci yerdə tamamlayıb.  
Yarışın ikinci günündə oğlanların mübarizəsində -90 kq. çəkidə İsmayıl Zamanov və +100 kq. çəkidə Kənan Nəsibov bürünc medal qazanıb. -81 kq. çəkidə Ömər Rəcəbli və -90 kq. çəkidə Əjdər Bağırov yarışı 5-ci yerdə tamamlayıb. Qızların mübarizəsində isə -48 kq. Leyla Dəmirova yarışı 5-ci yerdə başa vurub. 





Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
							12:43 / 17.04.2023
							
						Cüdoçularımız Avropa Kubokunu 6 medalla başa vurdu – FOTO
						
							
								Hazırda oxunan: Cüdoçularımız Avropa Kubokunu 6 medalla başa vurdu – FOTO  							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Cüdoçularımız Avropa Kubokunu 6 medalla başa vurdu – FOTO  							
						131181
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.























































































