Avropa çempionatı: Hacı Əliyev və daha 4 güləşçi mübarizəyə başlayır

Hazırda oxunan: Avropa çempionatı: Hacı Əliyev və daha 4 güləşçi mübarizəyə başlayır

131119

Azərbaycanın beş sərbəst güləşçisi bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

Bizim.Media xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə 1/4 final mərhələsində Anatoli Buruian (Moldova)/Horst Ler (Almaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

65 kq-dakı Əli Rəhimzadə 1/8 finalda Georgios Pilidis (Yunanıstan)/İslam Dudayev (Albaniya) duelinin güclüsü ilə, 70 kq-da yarışan Hacı Əliyev təsnifatda Canluka Talamo (İtaliya) ilə görüşəcək.
79 kq-dakı Səbuhi Əmiraslanov 1/8 finalda İman Mahdavinin (UWW), 97 kq-dakı Maqomedxan Maqomedov Benjamin Honisin (İtaliya) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin