Azərbaycan Premyer Liqasında XXX tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, bağlanış oyununda lider "Qarabağ" ən yaxın izləyicisi "Sabah"ın qonağı olub. "Bank Respublika Arena"da keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Paytaxt klubundan hər iki qolu Coy Lens Mikels vurub. Almaniyalı yarımmüdafiəçi 72 və 76-cı dəqiqələrdə fərqlənib. 30 yaşlı oyunçu bombardirlər siyahısında Ağdam klubunun hücumçusu Ramil Şeydayevə çatıb - 17 qol.
Hazırda onu çempionatın ən sərrast futbolçusu olan "köhlən atlar"ın digər forvardı Musa Qurbanlıdan cəmi 3 top ayırır. Qonaqların yeganə qoluna isə 86-cı dəqiqədə penaltidən Riçard Almeyda imza atıb.
Bu qələbə ilə xallarını 68-ə çatdıran "Sabah" ikinci pillədəki mövqeyini möhkəmlədib. 77 xalı olan "Qarabağ" isə vahid liderdir.
Qeyd edək ki, XXX turun əvvəlki matçlarında "Zirə" evdə "Səbail"ə 3:1, "Qəbələ" səfərdə "Neftçi"yə 2:1, "Kəpəz" Qəbələdə "Turan Tovuz"a 1:0 hesabı ilə qalib gəlib, "Sumqayıt" isə Şamaxıda eyniadlı komanda ilə qolsuz heç-heçə edib.
Bizim.Media