Avropa Ağır Atletika Federasiyası (EWF) ötən gün İrəvanda keçirilən Avropa Çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasına görə, Ermənistanı qınayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Federasiyanın rəsmi bəyanatında qeyd edilib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanı tərk edən idmançılarımız Gürcüstana daxil oldu – RƏSMİ
“Avropa Ağır Atletika Federasiyası aprelin 14-də İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı bir nəfərin Azərbaycan bayrağını yandırması hadisəsini kəskin şəkildə pisləyir.
Federasiya bu son dərəcə ciddi və acınacaqlı hərəkəti idman dəyərlərinin bütövlüyünə və ədalətli oyunun universal prinsiplərinə hücum kimi qiymətləndirir”, - deyə bəyanatda qeyd edilib.
Bəyanatda həmçinin bildirilib ki, federasiya bu hadisəni diqqətdən kənarda qoymur və baş verənlər kontekstində əlavə tədbirlərin görülməsi imkanlarını nəzərdən keçirəcək:
“Avropa Ağır Atletika Federasiyası Azərbaycan milli komandası və Azərbaycan Atletika Federasiyası ilə həmrəylik nümayiş etdirir, idman və ədalətli oyun ruhunda tələb olunan istənilən dəstəyi göstərməyə hazırdır”.
Bizim.Media