Basketbol üzrə Azərbaycan Yüksək Liqasında 26 -cı turun açılış oyunu baş tutub.
Bizim.Media xəbər verir ki, "Neftçi" və "Gəncə" komandalarının qarşılaşdığı gərgin oyunda, gəncəlilərin əsas oyunçularından sayılan Cared Smol son saniyədə atdığı üçlük atışla "Gəncə" komandasına 87-86 hesablı qələbə qazandırıb.
Bu qələbə ilə "Gəncə" ilk dördlükdəki yerini təmin edib.
Ən məhsuldar basketbolçular: "Neftçi İK" (Mohsen Moradxani- 23 xal, 8 ribaund ), "Gəncə BK" ( Kollin Törner - 24 xal, 9 asist ).
Qeyd edək ki, turun digər oyunları ( "Sabah" - "NTD", "AAAF Xırdalan" - "Sərhədçi", "Zirvə Astara" - "Olimpik Şəki" ) 15 və 16 aprel tarixlərində baş tutacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
23:05 / 12.04.2023
“Gəncə” play-off-a vəsiqə qazandı - FOTO
Hazırda oxunan: “Gəncə” play-off-a vəsiqə qazandı - FOTO
Hazırda oxunan: “Gəncə” play-off-a vəsiqə qazandı - FOTO
130435
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.