Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Fərid Xəlilov tutduğu vəzifədən azad edilib.
Bizim.Media Federasiyadan verilən məlumata istinadən bildirir ki, bu barədə qurumun İdarə Heyətinin bugünkü iclasında qərar verilib.
İclasda AVF-in prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev, Bəhruz Quliyev və idarə heyətinin üzvləri iştirak ediblər. Baş katib vəzifəsinin icrası müvəqqəti olaraq Faiq Orucova tapşırılıb.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbəri Cavid Qurbanov olub. Ötən gün Şahin Bağırov AVF-nin rəhbəri seçilib.
Bizim.Media