"Qarabağ" və Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı performansı ilə İtaliyada da diqqətləri üzərinə çəkib.
Bizim.Media xəbər verir ki, "TUTTOmercatoWEB" portalı Ağdam klubunun 20 yaşlı hücumçusu haqda bunları yazıb:
"Musa Qurbanlı qanında, damarlarında futbolla döyünən ailədəndir. O, adını uzun müddət Azərbaycan futbolu tarixinə yazmış “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur. Qurbanlı bütün keyfiyyətlərə malikdir ki, o, ölkə hüdudlarından kənarda da yerli futbolun vitrininə çevrilə bilər.
Çempionatın bu mövsümündə 20 qola imza atan "Qarabağ"ın 20 yaşlı hücumçusu komandasını növbəti çempionluğa sürükləyir. Artıq Türkiyə klublarının agentləri onu yaxından izləyir. Musa oynadığı liqanın ən güclü olmadığına baxmayaraq, Avropanın ən yaxşı gənc qolçusudur.
Hətta millinin heyətində qol vurmağı bacarıb. Azərbaycanda da özlərinin yerli Xviça Kvaratsxeliyasını arzulayırlar. Deyəsən, Qurbanlı İtaliyanın bəzi klublarının maraq dairəsinə düşüb”.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
17:56 / 11.04.2023
Musa Qurbanlı İtaliya mətbuatının GÜNDƏMİNDƏ
Hazırda oxunan: Musa Qurbanlı İtaliya mətbuatının GÜNDƏMİNDƏ
Hazırda oxunan: Musa Qurbanlı İtaliya mətbuatının GÜNDƏMİNDƏ
130195
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.