“Sabah”ın baş məşqçisi Tatarıstan klubuna "Yox" dedi

Hazırda oxunan: “Sabah”ın baş məşqçisi Tatarıstan klubuna "Yox" dedi

130103

“Sabah”ın baş məşqçisi Murad Musayev Tatarıstanın “Rubin” klubundan təklif alıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Sport Express” nəşri məlumat yayıb. 

“Rubin”in nümayəndələri Musayevlə əlaqə saxlasa da, mütəxəssis bundan imtina edib və danışıqlara başlamayıb. Daha əvvəl Rusiyada “Krasnodar”ı çalışdıran Murad Musayev 2021-ci ilin oktyabrından “Sabah”a baş məşqçilik edir.
Komanda onun rəhbərliyi ilə bu mövsüm tarixində ilk dəfə avrokuboklara vəsiqə əldə edib. 

Qeyd edək ki, "Rubin" Rusiya birinci divizionunda mübarizə aparır.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin