Oruc tutan futbolçu qıcolma səbəbindən əvəzləndi

Hazırda oxunan: Oruc tutan futbolçu qıcolma səbəbindən əvəzləndi

130033

"Monpelye"nin müsəlman müdafiəçisi Mamadu Sako susuzluqdan yaranan ayağındakı qıcolma səbəbindən Fransa Liqa 1-in 30-cu turunda "Tuluza" ilə matçın 78-ci dəqiqəsində (1:2) əvəzlənib. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, seneqaləsilli fransalı müdafiəçi Ramazan ayında oruc tutduğu üçün susuz qalıb.  

Bu səbəbdən onun hər iki baldırında sancılar yaranıb və oyunçu əvəzlənib. 

Qeyd edək ki, Fransa Futbol Federasiyası (FFF) təşkilatın nizamnaməsinə istinad edərək, Ramazan ayında keçirilən matçlarda müsəlman futbolçular üçün fasilə verilməsinə qarşı çıxıb.

Bundan əvvəl İngiltərədə ölkə çempionatının oyunlarında belə fasilələrin tətbiqi qərara alınmışdı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin