Futbol üzrə İsveçrə çempionatında 27-ci tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" səfərdə "Yanq Boyz"un qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Renat Dadaşov da bu görüşün iştirakçısı olub. 23 yaşlı forvard oyuna start heyətdə başlayıb və 86-cı dəqiqədə əvəzlənib. 27 turdan sonra 34 xal toplayan "Qrasshopper" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
"Yanq Boyz" isə 57 xalla çempionatın lideridir.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
22:58 / 10.04.2023
Renat Dadaşov oynadı, komandası uduzdu
Hazırda oxunan: Renat Dadaşov oynadı, komandası uduzdu
Hazırda oxunan: Renat Dadaşov oynadı, komandası uduzdu
130028
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.