Qazaxıstanın paytaxtı Astana şəhərində şahmat tacı uğrunda matç davam edir.
Bizim.Media xəbər verir ki, bu gün ikinci partiya oynanılıb.
Partiya rusiyalı şahmatçı Yan Nepomnyaşinin xeyrinə başa çatıb. Qara fiqurlarla oynamasına baxmayaraq, partiyanın ortalarında rus şahmatçı üstünlük qazanıb. Rəqibin hücumu Din Lireni səhv etməyə məcbur edib. Bunun da nəticəsində ağ fiqurlarla oynayan çinli qrossmeyster müdafiəyə çəkilib.
Lakin müdafiədə də ideal oynamayan Din 29-cu gedişdə təslim olduğunu elan edib.
Beləliklə, 2 partiyadan sonra Yan Nepomnyaşi hesabda önə keçib – 1,5:0,5.
Xatırladaq ki, Rusiya təmsilçisi karyerasında şahmat tacı titulu uğrunda matçda ilk dəfə qələbə qazanıb. Ümumiyyətlə isə, bu qələbə rusiyalı şahmatçılar üçün 2016-cı ildən sonra birincidir.
Sonuncu dəfə Kramnik qara fiqurlarla Maqnus Karlsenə qalib gəlmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
22:21 / 10.04.2023
Rusiyalı şahmatçı önə keçdi
Hazırda oxunan: Rusiyalı şahmatçı önə keçdi
Hazırda oxunan: Rusiyalı şahmatçı önə keçdi
130024
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.