Taekvondoçumuz Avropa Oyunlarına lisenziya qazandı

Hazırda oxunan: Taekvondoçumuz Avropa Oyunlarına lisenziya qazandı

129694

Rumıniyanın paytaxtı Buxarestdə III Avropa Oyunlarının taekvondo yarışına lisenziya xarakterli təsnifat turniri start götürüb.  

Bizim.Media xəbər verir ki, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.  

Milli üzvü Səyyad Dadaşov turnirin qalibi adını qazanıb. 54 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz yarımfinalda gürcüstanlı Data Axaladzeni 2:0 hesabı ilə məğlub edib.

O, finalda ukraynalı Maksim Manekova da gücünü göstərib. Yenə 2:0 hesabı ilə qalib gələn Səyyad həm qızıl medala, həm də Krakov-2023-ə lisenziyaya sahib olub.  

Ondan fərqli, Xanoğlan Kərimov (63 kq) bürünc medalla kifayətlənib. Təmsilçimiz moldovalı Alin Manolu yarışdan kənarlaşdırsa da (2:0), yarımfinalda Kristian Borgenə (Norveç, 0:2) uduzub və üçüncü yeri tutub.  

Turnirdə sabah Həmidreza Bədriəliabadi (+87 kq) qüvvəsini sınayacaq. Yarışda hər çəki dərəcəsinin qalibi Krakov-2023-də iştirak hüququ qazanır.   

Qeyd edək ki, Dadaşov Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarına vəsiqəni təmin edən 8-ci taekvondoçumuz olub.

Ona qədər Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) Krakov-2023-də iştirak hüququ qazanıb. Avropa Oyunlarında taekvondo yarışları iyunun 23-26-da keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin