Azərbaycan cüdoçuları aprelin 3-dən 8-ə qədər Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir.
Bizim.Media xəbər verir ki, hazırlıq prosesində İsrail, Moldova, Rumıniya, Türkiyə, Ukrayna, Qazaxıstan, Özbəkistan, Polşa, İtaliya və digər ölkələrdən 200-dən çox cüdoçu iştirak edir.
Təlim-məşq toplanışına Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət milli komandasının 23 üzvü və gənclərdən ibarət komandanın 14 üzvü qatılıb.
Cüdoçulara Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçi Elçin İsmayılov gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edir.
Təlim-məşq toplanışı 7-13 may tarixlərində Qatarın paytaxtı Dohada baş tutacaq böyüklər arasında Dünya çempionatına, həmçinin sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
12:43 / 06.04.2023
Cüdo millimiz Türkiyədə hazırlıq keçir – FOTO
Hazırda oxunan: Cüdo millimiz Türkiyədə hazırlıq keçir – FOTO
Hazırda oxunan: Cüdo millimiz Türkiyədə hazırlıq keçir – FOTO
129232
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.