28 cüdoçumuz Avropa kuboku yarışlarına qatılacaq - FOTO

Hazırda oxunan: 28 cüdoçumuz Avropa kuboku yarışlarına qatılacaq - FOTO

129180

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisinin aprelin 8-də Çexiyanın Teplitse şəhərində start götürəcək Avropa kuboku yarışları üçün heyəti açıqlanıb.

Azərbaycan Cüdo Federasiyasından Bizim.Media-ya bildiriblər ki, iki gün davam edəcək yarışda ölkəmiz 14 çəki dərəsində 20 oğlan və 8 qız idmançı ilə təmsil olunacaq.

Cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, yeniyetmələrdən ibarət kollektivin məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və gənc qızlardan ibarət millinin məşqçisi Kifayət Qasımova rəhbərlik edəcəklər.
Heyətdə Xədicə Abdullayeva (40 kq), Məryəm Bayramzadə (44 kq), Vüsalə Hacıyeva, Fəridə Mirzəyeva (hər ikisi 48 kq), Xədicə Qədəşova, Aytən Verdiyeva (hər ikisi 52 kq), Fidan Qasımova (57 kq), Kamilla Toholiyeva (63 kq), Rəsul Əliyev (50 kq), Mirxaliq İskəndərov, Fərid Qarayev, Həsən Həsənli, Ayxan Mirzəzadə (hamısı 55 kq), Xanəhməd Şərifov, Məhəmməd Musayev (hər ikisi 60 kq), Murad Allahverdiyev, Mehdi Cəfərov, Səid Şərifov, Emil Hüseynzadə, Əbil Yusubov (hamısı 66 kq), Süleyman Şükürov, Mehdi Abbasov, Allahverdi Səmədov (hər üçü 73 kq), Aslan Kotsoyev, Əli Qazıməmmədov, Hüseyn Eyvazlı (hər üçü 81 kq), Tuncay Şamil (90 kq) və Ramazan Əhmədov (+90 kq) yer alıblar.

Cüdoçularımız aprelin 10-11-də Teplitsedə təşkil olunacaq təlim-məşq toplanışına qatılacaqlar.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının B kateqoriyalı beynəlxalq dərəcəli hakimi Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin